"Latsio" "Barselona"nın futbolçusuna elçi düşüb

23:32 7 İyun 2016

İtaliyanın “Latsio” klubu “Barselona”nın müdafiəçisinə elçi düşüb.
Beləki, romalılar katalonların sol cinah müdafiəçisi Adrianonu heyətlərinə qatmağa yaxındır. Barselonada əsas heyətə deşə bilməyən brazilyalı futbolçu artıq şəxsi razılıq əldə olunub. Adriano yaxın günlərdə İtaliyaya gedəcək, tibbi yoxlanışdan keçəcək və “Latsio” ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, ötən mövsümdə Adrianonu paytaxtın digər klubu "Roma" heyətinə qatmaq istəyirdi.


Xəbər xətti