Millimizin Makedoniyaya gedəcək heyəti müəyyənləşdi

17:09 8 İyun 2016

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 10-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
 
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız 15-18 iyun tarixlərində Makedoniyanın Skopye şəhərində təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.

Oyunların təqvimini və yığmamızın heyətini diqqətinizə çatdırırıq: Elvira Əskərzadə ("Təhsil"), Samirə Vəliyeva ("Neftçi"), Salome Qasviani ("Kutaisi", Gürcüstan), Həqiqət Qasımova ("Təhsil"), Ayşən Əhmədova ("Təhsil"), Aynur Zeynalova ("Təhsil"), Lamiyə Qurbanova ("Qəbələ"), Pınar Çeri ("Kayseri Gənclərbirliyispor"), Rövşanə Sərdarlı ("Fidan"), Minarə Gözəlova ("Təhsil"), İlahə Nuriyeva  ("Zaqatala"), Vüsalə Seyfətdinova ("Təhsil"), Nino Qurgenidze ("Kutaisi", Gürcüstan), Umnisa Əliyeva ("Fidan"), Aytac Neymətova ("Təhsil"), Nərmin Əhmədli ("Təhsil"), Sona Rəhimova ("Vətən"), Anna Abulaşvili ("Qəbələ")
 


16 iyun 

13:00. Makedoniya – Azərbaycan
 

18 iyun

13:00. Xorvatiya - Azərbaycan


Digər xəbərlər

Xəbər xətti