Millimiz Makedoniya və Xorvatiya yığmaları ilə qarşılaşacaq

23:31 8 İyun 2016

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 10-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Yığmamız iyunun 15-18-də Makedoniyanın Skopye şəhərində təşkil olunacaq UEFA inkişaf turnirində iştirak edəcək.

Millimiz iyunun 16-da Makedoniya, iki gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq. 

16 iyun. Saat 13.00
Makedoniya – Azərbaycan
 
18 iyun. Saat 13.00
Xorvatiya - Azərbaycan


Xəbər xətti