Bu gün Çempionlar Liqasının püşkü atılacaq

00:08 9 İyun 2016

Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasının püşkatmasının başlama saatını açıqlayıb. İyunun 9-da İtaliyanın paytaxtı Romada keçiriləcək mərasim Bakı vaxtilə saat 22:00-da başlayacaq. Tədbirdə 66 - 36 kişi, 30 qadın komandası rəqibini tanıyacaq. Mərasimdə bir sıra nominasiyalar üzrə mükafatların verilməsi də gözlənilir. Püşkatmaya Qala konsertlə yekun vurulacaq.
Qeyd edək ki, kişilərin yarışında təmsil olunmadığımız Çempionlar Liqasında qadın voleybolçuların mübarizəsində ölkəmizin idman şərəfini “Azərreyl” və “Telekom” qoruyacaq. Onların hər ikisi turnirə qrup mərhələsindən başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti