Poqbanın arzusu: "Əfsanə olmaq istəyirəm"

12:51 9 İyun 2016

Fransa millisinin və “Yuventus”un əsas üzvlərindən biri olan Paul Poqba AVRO-2016 öncəsi mətbuat konfransı keçirib.

“Düşünmürəm ki mən böyük oyunçuyam. Hələ heç nə etməmişəm. Liqa çempionluğu qazansam da Çempionlar Liqası, Dünya çempionatı və Avropa çempionatı kimi turnirləri qazanmamışam. Fransa ilə bu Avropa çempionatını qazanmaq pis olmazdı”.

“Nəvaxt deyirəm ki, mən əfsanə olmaq istəyirəm insanlar bunun iddialı olduğunu söyləyir. Bu mənim üçün mübarizədir. Mən söz vermirəm, lakin elə olmaq üçün çox çalışıram”


Xəbər xətti