Mourinyo "Fənərbaxça"nın futbolçusunu istəyir

15:33 9 İyun 2016

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Fənərbaxça"nın futbolçusu Luis Nanini komandasına transfer etmək istəyir.

Portuqaliyalı futbolçunun həmyerlisinin təklifini qəbul etdiyi bildirilir. Bu transfer üçün İstanbul klubuna 8 milyon avro ödənməlidir.

Xatırladaq ki, L.Nani 2007-2015-ci illərdə Mançester təmsilçisinin şərəfini qoruyub.


Xəbər xətti