Useyn Bolt Olimpiya qızılını itirə bilər

21:10 9 İyun 2016

Dünyanın ən sürətli adamı Useyn Bolt  2008-ci il Olimpiadasında qazandığı qızıl medaldan məhrum edilə bilər. Buna səbəb idmançının qadağan olunmuş preparatdan istifadə etməsi olub. Bu barədə "Reuters" məlumat yayıb.

Useyn Boltdan əlavə sprinter Nesta Karterin də qanında metilqeksanamin aşkarlanıb. İdmançılar 6 aydan bir ilə kimi cəzalandırıla bilərlər. Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək. Karter 2008 Olimpiadasında 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O həmçinin 2011, 2013 və 2015-ci illərdə dünya çempionu olub. 


Digər xəbərlər

Xəbər xətti