Məhəmməd Əli son mənzilə yola salınır

17:57 9 İyun 2016

ABŞ-da tənəffüs yolunda yaranan problem səbəbindən 74 yaşında həyatını itirən Məhəmməd Əlinin iki gün davam edəcək dəfn mərasimi bu gün Luisvill şəhərində qılınacaq cənazə namazı ilə başlayacaq.

 Məhəmməd Əlinin anadan olduğu Kentukki ştatının Luisvill şəhəri tarixinin ən mühüm mərasimlərindən birinə hazırlaşır. Əfsanəvi idmançının yaşadığı ev və onun adına salınmiş mərkəz pərəstişkarları tərəfindən ziyarət edilir.

Təxminən 600 min nəfər əhalisi olan şəhərdə keçiriləcək mərasimlər bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtilə saat 20:00) qılınacaq cənazə namazı ilə başlayacaq. Məhəmməd Əlinin 1960-cı ildə ilk peşəkar döyüşünü keçirdiyi “Freedom Hall”da qılınacaq namaza 15 minə yaxın insanın qatılacağı gözlənilir.

Dəfn mərasimində bir sıra görkəmli insanların, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ-ın sabiq prezidenti Bill Klintonun və başqalarının iştirak edəcəyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti