Kataloniya təmsilçisinin yeni baş məşqçisi bəlli oldu

22:09 9 İyun 2016

Kataloniya təmsilçisi “Espanyol”da məşqçi dəyişikliyi baş verib.

Geridə qoyduğumuz mövsümdə “Espanyol”a məşqçi təyin olunan ruminyalı mütəxəssis Kanstantin Qalka ilə yollar ayrılıb. Onu ispaniyalı mütəxəssis Kike Sançez Florez əvəzləyəcək. İspan çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb.

Son mövsümü Premyer Liqada “Uotford”un başında keçirən Florezin komandası çempionatı 13-cü sırada bitirmişdi.


Digər xəbərlər

Xəbər xətti