Pele hərraca çıxardığı əşyanı 503 milyona satdı

01:10 10 İyun 2016

Daha əvvələrdə xəbər verdiyimiz kimi, futolun əfsanəsi, “Qara Mirvari” Pelenin 2 mindən çox şəxsi əşyası xeyriyyə məqsədi ilə hərraca çıxarılıb.

Hərracda kolleksiyanın ən özəl parçası olan “Jül Rime” kubokunun təqlidi 503 min avro qarşılığında  satılıb. 1970-ci ildə 3-cü dəfə Dünya Çempionu olmaqla “Jül Rime” kubokunu bir dəfəlik Brazilyaya aparmağa haqq qazanan Brazilya yığmasının aparıcı futbolçusu, 3 dəfə dünya çempionu titulunu daşıyan yeganə futbolçu olan Peleyə, xüsusi xidmətlərinə görə həmin kubokun çox gözəl bir nüsxəsi təqdim olunmuşdu. Onun kolleksiyasının ən özəl parçası olan bu kubok, Londondankı hərracda özünə alıcı tapıb.

Eyni zamanda Pelenin parlaq karyerasına təsadüf edən, 1958-ci ildə ilk dünya çempionluğunu qazandığı qızıl medalı da hərracda 255 min avroya satılıb. Bunlarla bərabər Pele  digər medallarını, önəmli matçlarda geyindiyi formalarını və “Zəfərə Qaçış” filmində geyindiyi butsları ilə bərabər 2 mindən çox özəl əşayasını hərraca çıxarıb.

O hərracdan əldə edəcəyi gəlirin bir qismini köhnə klubu “Santos”a, digər qismini isə uşaq xəstaxanasına bağışlayacaq.


Digər xəbərlər

Xəbər xətti