PSJ-dən "Real"ın futbolçusuna 90 milyon

01:29 10 İyun 2016

Kriştiano Ronaldo və Neymarın transferlərini reallaşdıra bilməyən PSJ-nin istədiyi ulduz futbolçu müəyyənləşib. 

Fransa klubu "Real"dan Ceyms Rodrigesi heyətinə qatmaq istəyir.

Klubun qətərli sahibləri bu transfer üçün istənilən məbləği ödəməyə hazırdı. Hətta PSJ-nin "Real"a 90 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" kolumbiyalı ulduza 70 milyon avro qiymət qoyub. Başa çatan mövsümdə 32 rəsmi oyuna çıxan 24 yaşlı futbolçu 8 qol vurub. 


Xəbər xətti