Azərbaycan yığmasının sabiq üzvü Ukrayna çempionatında bürünc medal qazandı

17:52 10 İyun 2016

Kanoe üzrə Azərbaycan yığmasının sabiq üzvü Sergey Bezuqlıy Ukrayna çempionatında bürünc medal qazanıb. 


Sportarena.az xəbər verir ki, 31 yaşlı idmançı 4 nəfərlik kanoe qayığında Aleksandr Levçenko, Andrey Şapoval və Mixail Prixodko ilə birgə yarışıb.

 

Onlar 1000 metrlik məsafəyə yürüşdə finişə 3-cü çatıblar.


Qeyd edək ki, Sergey Bezuqlıy 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində çıxış edib. 31 yaşlı idmançı "Pekin-2008"də isə Ukraynanı təmsil edib. O, Azərbaycan yığması ilə 2015-ci ilin sonunda vidalaşıb.


Xəbər xətti