Fransanın qələbə qolunun müəllifi: "Bəziləri millidə oynayacağımı düşünmürdülər"

11:30 11 İyun 2016

"Oyuna qədər mənə hər şeyin necə baş verəcəyini desəydilər, inanmazdım. Birinci hissənin ilk 15 dəqiqəsində çoxlu səhv etdik. Bundan başqa, rəqib yaxşı müdafiə olundu. Elə bil kimsə ayağımızdan tutmuşdu və bizi oynamağa qoymurdu".
Bu sözləri Fransa millisinin futbolçusu Dimitri Paye "Avro-2016"da Rumıniyaya 2:1 hesabı ilə qalib gəldikləri açılış matçından sonra deyib.
O, rəqibin onlara çətinlik yaratdığını bildirib:
"Çoxlu qol epizodları yaratsaq da, fərqlənə bilmirdik. Ancaq sonda qələbə qolunu vurmağı bacardıq.  Bugünkü qalibiyyət yaxşı hazırlığımızın bəhrəsidir".
Komandasının qələbə qolunun müəllifi olan 29 yaşlı hücumçu azarkeşlərin dəstəyi ilə vacib 3 xal qazandıqlarını bildirib:
"İndi növbəti görüşə sakit hazırlaşmaq olar. 2-3 top fərqi ilə qalib gəlsəydik, öz gücümüz barədə yanlış təsəvvür yaranacaqdı. İndi isə əmin olduq ki, asan oyun olmur". 
D.Paye bəzi insanların onun Fransa millisində oynamasını düşünmədiyini də söyləyib:
"Bəziləri komanda yoldaşlarımı çox tənqid etdi. Bu insanlar mənim Fransa millisində oynayacağımı düşünmürdülər. Ancaq mən buradayam və xoşbəxtəm. Özümü sübut etmək üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm".
 


Digər xəbərlər

Xəbər xətti