M.Ferstappenə xəbərdarlıq edilib

12:52 11 İyun 2016

Maks Ferstappen Kanada QP-nin ilk sərbəst yürüşlərində Valtteri Bottası əngəllədiyi üçün xəbərdarlıq alıb.
 
 
 Ferstappen birinci sərbəst yürüşlərdə sürətli dövrəsinə başlamamışdan əvvəl son döngədə yavaşlayıb və burada arxasından gələn Bottası görməyib. Finlandiyalı sürücü isə şikananı kəsmək məcburiyyətində qalıb. Beləliklə, Bottas sürətli dövrədə ikən təhlükə ilə üzləşib.

Stüardların raportunda Ferstappen Bottası əngəllədiyi üçün günahkar sayılıb. Raportda deyilir: “Sürücü 77 nömrəli bolidin önündə lazımsız səbəbə görə yavaşlayıb”.

Ferstappenin aldığı xəbərdarlığın hər hansı fiziki və ya maddi sanksiyası yoxdur. Bu hollandiyalının cari mövsümdə aldığı ilk xəbərdarlıqdır.


Digər xəbərlər

Xəbər xətti