Benzemadan Fransa millisinə mesaj

14:09 11 İyun 2016

AVRO 2016 həyəcanı dünən axşam Fransa – Rumınya matçı ilə start götürdü. Turnirə ev sahibliyi edən Fransa Rumnıyanı 2:1 hesabı ilə məğlub edərək ilk matçda 3 xalı aktivinə yazdırdı.

Matçın davam etdiyi ərəfədə Fransa milli komandasının, heyətə çağırılmayan futbolçusu Kərim Benzema tvitter hesabından etdiyi bir paylaşım ilə diqqəti çəkib. Oyunu evində,TV-dən izləyən Benzema televizorun qarşısında çəkilmiş bir fotosunu paylaşaraq, Fransa millisinə “Uğurlar” mesajını yollayıb. Oyunun ardından 1 qol və 1 asist ilə yada qalan Dmitri Payeni tərifləyən Benzema “Bütün komandanı təbrik edirəm” şərhini yazıb.

Qeyd edək ki, Benzema Fransa milli yığmasından komanda yolaşı Mateu Valbuenaya qarşı şantajda təqsirləndirilmiş və baş məşqçi Didie Deşam tərəfindən, “Real” Madridin ən önəmli qol silahlarından biri olması və UEFA “Çempionlar Liqası”nın son mükafatçısı olmasığna rəğmən Fransa millisinin AVRO 2016 heyətinə çağrılmamışdı.

Əksər futbol azarkeşləri isə Benzemanın bu səbəbdən yox, Deşamın iqrçi xarakteristikası səbəbindən yığmaya çağrılmadığına inanır və onu rasizmdə ittiham edirlər.

Qeyd edək ki, həqiqətən də Deşam hazırda Avropada qənaətbəxş futbol sərgiləyən ancaq qeyri-fransız olan 3 futbolçunu yığmaya çağırmayıb. Bunlar Benzema başda olmaqla Samir Nəsri və Hatəm Benarfadır.


Digər xəbərlər

Xəbər xətti