AFFA daha bir futbolçunu millilәşdirdi

15:33 11 İyun 2016

17 yaşadək futbolçulardan ibarət milli komandamız Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışındadır. Təbriz Həsənovun yetirmələri iyunun 25-nə qədər Rostovda hazırlıq keçəcək.

Təlim-məşq toplanışında millimizə yeni qolkiper cəlb edilib. Türkiyənin "Altınordu" klubunun qapıçısı Məhəmməd Can Tuner millimizə qoşulub. Bu barədə "Altınordu" klbunun rəsmi saytı məlumat yayıb.

"Altınordu"nun rəsmisi Savaş Sərdar məsələ ilə bağlı danışıb: "Azərbaycanlı rəsmilər Məhəmmədin oyununu bəyənmişdilər. Onlar bizə rəsmi təklif göndərdilər. Biz də gənc futbolçumuzun yolunu açdıq. İstəyirk ki, onun təcrübəsi artsın". 16 yaşlı Məhəmməd Can Tuner millimizə cəlb olunmasından belə danışıb: "Hazırki vəziyyət gələcəkdə türkiyə millisini seçməyimə mane olmayacaq. Azərbaycan bizim qardaş ölkəmizdir".


Xəbər xətti