Türkiyə - Xorvatiya matçı öncəsi TƏHLÜKƏ

14:28 12 İyun 2016

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.

Bu gün D qrupunda bir oyun keçiriləcək. Belə ki, Parisə Türkiyə millisi Xorvatiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Matçdan öncə isə Fransanın paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib. Buna səbəb isə ötən gün Marsel şəhərində rus, ingilis və fransız fanatlar arasında baş vermiş toqquşmaların Parisdə təkrarlana biləcəyidir. Türk və xorvat azarkeşlərin qarşı-qarşıya gəlcəyindən qorxulur.


Xəbər xətti