Kasilyas: "Buffon karyerasını bitirəndə, mən də bitirəcəm"

15:32 12 İyun 2016

İspaniya millisinin təcrübəli qapıçısı İker Kasilyas maraqlı açıqlamalar verib.

“Buffon karyerasını bitirəndə, mən də bitirəcəm. O yeni 1 illik müqavilə imzaladı və məni şad etdi. Karyeramızı bitirəndə onun və mənim dostlarım arasında maraqlı oyun təşkil edəcəm”.

Kasilyas həmçinin Avropa çempionatı haqqında da fikirini bildirib.

“Bu dəfə 4 il əvvəlkindən daha çətin olacaq. Fransa yaxşı vəziyyətdədir, Belçika güclüdür, Almaniya isə Dünya çempionudur. Portuqaliya və İtaliya da hər zaman təhlükəlidir”.


Digər xəbərlər

Xəbər xətti