Millimizin baş məşqçisi Arda Turanla görüşdü

21:28 12 İyun 2016

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Türkiyə millisinin kapitanı Arda Turanla görüşüb.
 
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş Fransada keçirilən Avropa çempionatının B qrupunun Xorvatiya - Türkiyə matçından öncə baş tutub. Belə ki, Xorvatiya millisinin üzvü İvan Rakitiç millimizin baş məşqçisini "Barselona"dan komanda yoldaşı olan Arda Turanla tanış edib. Onlar arasında qısa söhbət baş tutub.
 
 


Xəbər xətti