Arda Turan türk xalqından üzr istədi

21:52 12 İyun 2016

Türkiyə millisinin futbolçusu Arda Turan “Avro-2016”da Xorvatiyaya 0:1 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bidirib.


“Türk xalqından izr istəyirəm. Bu gün yaxşı oynaya bilmədim. Amma komanda yoldaşlarım sonadək mübarizə apardılar. Xorvatiya yaxşı komandadır. Xal qazanmaq üçün əlimizdən gələni etdik. Ruhdan düşməyəcəyik. Qrupdan çıxmaq üçün mübarizəmizi davam etdirəcəyik. Özümüzü toparlamalıyıq. Ümid edirəm ki, İspaniyaya qarşı yaxşı oynayıb istədiyimiz nəticəni əldə edərik” – deyə Arda bidirib.

Qeyd edək ki, bugünkü qarşılaşmada Arda  65-ci dəqiqədə Burak Yılmazla əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti