Millimizin üzvü La Liqaya yüksələ bilmədi

12:31 13 İyun 2016

İspaniya La Liqasına vəsiqə uğrunda pley-off matçları keçirilir. Millimizin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" səfərdə "Jirona" ilə qarşılaşıb.
İsrafilovun ehtiyat oyunçular skamyasından izlədiyi oyun “Jirona”nın 3:1 hesablı qələbə ilə başa çatıb. İlk görüşdə rəqibinə  2:1 hesabı ilə qalib gələn "Kordoba" iki oyunun nəticəsinə görə La Liqaya yüksəlmək şansını itirib. "Jirona"  isə “pley-off”un finalına yüksəlib.


Xəbər xətti