"Sevilya"nın baş məşqçisi istefa verib

15:53 13 İyun 2016

"Sevilya"nın baş məşqçisi Unai Emeri istefa verib.

İspaniyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən gedib.

Klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Emerinin yeni mövsümdən PSJ-ni çalışdıracağı gözlənilir. "Sevilya"nı isə Xorxe Sampaolinin çalışdıracağı iddia olunur.

Qeyd edək ki, 2013-cü ildən "Sevilya"nı çalışdıran Emeri komandası ilə ardıcıl üç dəfə Avropa Liqasının qalibi adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti