"Everton"un yeni baş məşqçisi müəyyənləşdi

15:54 14 İyun 2016

"Everton" klubunun yeni baş məşqçisnin adına aydınlıq gəlib.
 

Sportarena.az xəbər verir ki, Roberto Martinesin istefasından sonra boş qalmış posta "Sauthempton"un baş məşqçisi Ronald Kuman gətirilib. 53 yaşlı hollandiyalı mütəxəssis "Everton"la 3 illik müqavilə imzalayıb.
 

Qeyd edək ki, Ronald Kuman 2014-cü ildən "Sauthempton"u çalışdırırdı.


Digər xəbərlər

Xəbər xətti