Arda Turanın illik gəlirləri açıqlanıb

22:11 14 İyun 2016

Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turanın illik qazancı bəlli olub. 


Sportarena.az xəbər verir ki, son olaraq ölkəsinin "Opet" şirkəti ilə reklam müqaviləsi imzalayan yarımmüdafiəçi bundan da 700 min avro qazanıb.


Onun şirkətlə bağladığı müqavilənin müddəti 1 ildir. "Opet" də daxil olmaqla Arda buna qədər 10 fərqli firmanın reklamına çəkilib.


Türkiyəli futbolçu "Barselona"da ilinə 8 milyon avro stabil maaş alır. Onun klubdakı mükafatları isə təxminən 3 milyon avroya bərabərdir. Ümumilikdə isə təcrübəli yarımmüdafiəçinin ilinə 13 milyon avro qazandığı bildirilir.


Digər xəbərlər

Xəbər xətti