"Bavariya" "Real"ın 50 milyonluq təklifini rədd etdi

17:07 15 İyun 2016

"Real" klubu "Bavariya"nın müdafiəçisi David Alabanı transfer etməkdə israrlıdır.

 

Sportarena.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi ötən həftə "Bavariya" rəhbərliyi ilə növbəti dəfə görüşüb. "Kral klubu" Alaba üçün "Bavariya"ya 50 milyon avro ödəməyə hazır olduğunu bildirib. Lakin, "Bavariya" rəhbərliyi bu təklifi rədd edib. 


"Bavariya" klubu avstriyalı futbolçunun 80 milyon avrodan aşağı qiymətə satmayacaqlarını bildirib.


Qeyd edək ki, 24 yaşlı müdafiəçi cari mövsüm "Bavariya" forması ilə Bundesliqada 30 oyun keçirib və 2 qol vurub.


Xəbər xətti