Türkiyəli azarkeş millinin oyununa baxarkən televizoru sındırdı - İzləyin

01:27 16 İyun 2016

Türkiyədə İzzət adlı çılğın azarkeş həyat yoldaşının etdiyi acı zarafata dözməyərək televizoru və dizüstü komputeri sındırıb. Həyat yoldaşının futbol izləməsindən bezən qadın, onunla zarafat etmək qərarına gəlib. Gənc qadın xüsusi tətbiqetmə ilə televizoru telefonu vasitəsiylə söndürüb. Bu hal Türkiyə millisi hər dəfə hücuma keçərkən təkrarlanıb. Bütün oyunu səbrini boğan İzzət, qarşılaşmanın 90-cı dəqiqəsində bu hala tab gətirə bilməyib. O, televizoru  və notebooku sındırıb. Baş verənlərin hamısını qadın gizli kamera ilə qeydə alıb. Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Türkiyə millisi "Avro - 2016" çərçivəsində qrup mərhələsində keçirdiyi ilk görüşdə Xorvatiya millisinə 0:1 hesabı ilə məğlub olmuşdu


Xəbər xətti