Qvardiola "Mançester Siti"yə ikinci transferini edir

14:10 16 İyun 2016

Pep Qvardiola "Mançester Siti"də ikinci transferini reallaşdırmağa hazırlaşır. 


Sportarena.az xəbər verir ki, "şəhərlilər" Almaniyanın "Şalke" klubunun futbolçusu Leroy Saneni heyətinə qatır.


Məlumata görə, artıq "Mançester Siti" "Şalke" ilə ilkin razılıq əldə edib . İngiltərə klubunun bu futbolçu üçün almanlara 40 milyon funt-sterlinq ödəyəcəyi deyilir.

 

Qeyd edək ki, 20 yaşlı almaniyalı hücumçu başa çatan mövsümdə meydana çıxdığı 42 oyunda 9 qol vurub.


Digər xəbərlər

Xəbər xətti