Beyl İngiltərə ilə oyunda rekordlar qırdı

23:51 16 İyun 2016

İngiltərə ilə oyunda Uelsin yeganə qolunun müəllifi olan Qaret Beyl növbəti rekorda imza atıb.

Avro 2016-da 2 qol vuran və hər ikisini cərimə zərbəsindən vuran Qaret Beyl Avropa Çempionatları tarixində Mişel Platini (1984) və Tomas Hasslerdən (1992) sonra iki dəfə cərimə zərbəsindən fərqlənən ilk futbolçu oldu.

Bundan əlavə Qaret Beyl 1983-cü ildən bəri İngiltərəyə rəsmi oyunlarda qol vuran ilk Uels futbolçusu kimi tarixə düşdü.


Digər xəbərlər

Xəbər xətti