Bakıda boks üzrə dünya olimpiya təsnifat turniri başlayıb

Sportarena.az      17 İyun 2018, 13:12

Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinin rəsmi açılış mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan tədbirdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kou Vu, Azərbaycan Boks Federasiyasının prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.


Mərasim boks dünyasının əfsanəsi Məhəmməd Əlinin ruhunun 1 dəqiqəlik sükutu ilə başlayıb. Ardınca yarışda iştirak edən ölkələrin bayraqları və nümayəndələri zala dəvət olunub.


Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turnirinə 105 ölkədən 469 boksçu mübarizə aparacaq. Yığmamız 7 çəki dərəcəsində Olimpiadaya lisenziya qazandığından yarışda ölkəmizin idman şərəfini 3 boksçu – Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) qoruyacaq. Turnirdə ümumilikdə Rio üçün 39 vəsiqə öz sahibini tapacaq. 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəki dərəcələrində ilk “beşlik”, 49 kq-da finalçılar, 91 kq və +91 kq çəki dərəcəsində isə çempion Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin