Bakıdakı Formula-1-də maraqlı hadisə: pilotlar çaşbaş qaldı

14:13 17 İyun 2016

Formula-1 Avropa Qran-prisinin birinci test yürüşündə maraqlı hadisə baş verib. 


Sportarena.az xəbər verir ki, “Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.


Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.


“Red Bull Racing”in pilotu Daniil Kvayt da eyni aqibətlə üzləşib.


Qeyd edək ki, hazırda ən yaxşı göstərici “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur.(azərtac)


Xəbər xətti