"Avro - 2016"da daha bir qalmaqal: bu dəfə xorvat azarkeşlər "coşdu"

00:11 18 İyun 2016

"Avro-2016"nın D qrupunun II turunda keçirilən Çexiya - Xorvatiya matçının sonları qalmaqalla yadda qalıb.

Buna azarkeşlərin meydana pirotexniki vasitələr atması səbəb olub.

Daha sonra xorvat azarkeşlərin olduğu tribunada dava düşüb. Bu səbəbdən matçın ingiltərəli baş hakimi Mark Klattenburq oyunu yarımçıq dayandırmalı olub. Lakin Fransa jandarmasının hadisələrə müdaxiləsindən sonra 4 dəqiqəlik fasilənin ardından oyun bərpa olunub. 


Xəbər xətti