"Mançester Yunayted" daha bir futbolçu transfer edir

10:37 18 İyun 2016

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandanın heyətinə daha bir futbolçu transfer etməyə hazırlaşır. 


Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Volfsburq"un oyunçusu Julian Draksleri komandasında görmək istəyir.


Məlumata görə, "Mançester Yunayted"in yaxın günlərdə bu transfer üçün "Volfsburq"a müraciət edəcəyi gözlənilir. 

 

Qeyd edək ki, 22 yaşlı hücumçu 2015/16 mövsümündə "Volfsburq" forması ilə meydana çıxdığı 31 rəsmi oyunda 8 qol vurub.


Xəbər xətti