İspaniyalı azarkeşlərdən Arda Turana möhtəşəm dəstək - VİDEO

12:36 18 İyun 2016

"Avro-2016"nın qrup oyunları çərçivəsində Türkiyə millisi İspaniya yığmasına qarşı oynayıb - 3:0. 


Sportarena.az xəbər verir ki, esabda geri qalan türkiyəli futbolçular tribunalardakı tərəfdarların etirazlarıyla qarşılaşıblar.


Belə ki, oyunun 66-cı dəqiqəsində hücuma keçmək istəyən Arda fit səslərilə "atəşə tutulub".


Azarkeşlərin bu hərəkətindən sonra Arda ayaq saxlayaraq topu komanda yoldaşına ötürüb. Ardınca hər iki əlini havaya qaldıran futbolçu tərəfdarlara "afərin" işarəsini göstərib.


Türkiyəli tərəfdarlar tərəfindən belə reaksiya ilə qarşılaşan futbolçuya ispan azarkeşlər isə tam fərqli dəstək olublar. Oyunun 69-cu dəqiqəsində ispan azarkeşlərin olduğu bütün tribunalar "Arda Turan!" deyə qışqırıb. Arda da öz növbəsində üzünü onlara tutaraq bu hərəkətlərini alqışlayıb.


Xəbər xətti