Messi əfsanəvi futbolçunun rekordunu təkrarladı

16:38 19 İyun 2016

Bu gün Amerika kubokunun 1/4 final mərhələsində Venesuela ilə qarşılaşan Argentina millisi 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

Sportarena.az xəbər verir ki, bu matç Argentina millisinin hücumçusu Lionel Messi üçün əlamətdar olub.


Belə ki, Messi, matçın 60-cı dəqiqəsində fərqlənərək komandasının 3-cü qolunu vurub. Bu, 28 yaşlı hücumçunun Argentina millisinin heyətində vurduğu 54-cü qol olub. Beləliklə, qol sayını 54-ə yüksəldən futbolçu, Argentina millisinin heyətində ən çox qol vuran Qabriel Batistutaya çatıb. Növbəti matçldarda Messinin vuracağı bir qol, onu bu siyahıda lider edəcək. 


Qeyd edək ki, Messi sözügedən matçda vurduğu qolda əlavə, iki asist də edib.


Digər xəbərlər

Xəbər xətti