Pirlodan Fatih Terim haqda ŞOK sözlər: "Onun taktika anlayışı zəif idi"

23:31 19 İyun 2016

İtaliya milli komandasının sabiq üzvü Andrea Pirlo Türkiyə millisinin baş məşqçisi Fatih Terim haqda maraqlı fikirlər səsləndirib.

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu yazdığı kitabda 2001-2002-ci illərdə “Milan”ın baş məşqçisi olan Fatih Terim barədə düşüncələrini qeyd edib.

“Berluskoni ilə Ançelotti arasında qarşılıqlı sevgiyə söykənən olduqca sağlam bir münasibət vardı. Lakin bunu “Milan”ı çalışdıran hər kəs üçün aid edə bilmərəm. Məsələn Fatih Terim. Terim olduqca diqqətçəkici və qaydalara allergiyası varmış kimi görünən qəribə bir insan idi. Lap əvvəldəm “Milan”da uzun müddət çalışa bilməyəcəyi bəlli idi və az keçmədi ki, qovuldu”.

“Terim “Milan”dan öncə istədiyi hər şeyi edə biləcəyi kiçik klublarda çalışmışdı, amma bura “Milan” idi. Burada bəzi hərəkətlərinin qəbul edilməyəcəyini hər kəs bilirdi. Məsələn yeməyə istədiyi vaxt gecikirdi. “Milan”ı təmsil etməli olduğu yerlərə qalstuk taxmadan gəlirdi.

Terimin taktika anlayışı zəif idi. Bütün oyun planı komandanı qışqıra-qışqıra idarə etməkdən ibarət idi. Bəlkə də belə plan başqa yerlərdə keçərli ola bilərdi, ancaq “Milan”da işləməzdi və işləmədi də. “Milan”da uzun müddət çalışmaq üçün bundan daha çoxuna ehtiyac var idi.


Digər xəbərlər

Xəbər xətti