"Neftçi", "Kəpəz" və "Qəbələ"nin Avropa Liqasındakı rəqbiləri bəlli oldu - YENİLƏNİB

15:20 20 İyun 2016

Bu gün Avropa Liqasında mövsümün ilk püşkatması keçiriləcək. Püşkatmanın nəticəsinə görə üç klubumuz – “Qəbələ”, “Neftçi” və “Kəpəz” də qitənin ikinci dərəcəli yarışında rəqiblərini tanıyacaq.

Gəncə təmsilçisi mübarizəyə ilk, “Qəbələ” ilə “Neftçi” isə ikinci təsnifat mərhələsindən başlayacaq.

Neftçi" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək. 

"Qəbələ" Gürcüstanın "Samtrediya" klubuna, "Kəpəz" isə Moldovanın "Daçiya" klubuna rəqib olub. 


Digər xəbərlər

Xəbər xətti