Millimiz Rusiyada məğlub oldu

10:26 20 İyun 2016

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
“Rostselmaş” komandası ilə qarşılaşan yığmamız 3:4 hesabı ilə məğlub olub. Komandamızın heyətində Xəqani Sadıxov dubl edib, digər qolu isə Kamran Quliyev vurub.


Xəbər xətti