Güləşçilərimiz Rumıniyada 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb

11:08 20 İyun 2016

Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. 

İki gün davam edən turnirdə ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edib.

Güləşçilərimiz yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 

Bütün rəqublərindən - əvvəlcə Rumıniya, ardınca iki İran təmsilçisindən üstün olan Sabah Şəriəti (130 kq) turnirin qızıl medalına yiyələnib. 

59 kq çəkidə təmsilçimiz Rövşən Bayramov finalda yerli idmançı ilə görüşdən məğlub ayrılıb və turnirin gümüş medalına sahib olub. 

Bürünc medalı isə 80 kq çəkidə yarışan Elvin Mürsəliyev qazanıb. 


Digər xəbərlər

Xəbər xətti