Millimiz Makedoniyada turnirin qalibi oldu

17:10 20 İyun 2016

Makedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində iştirak edən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yarışın qalibi olub.

Sportarena.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız ilk oyunda meydan sahibləri ilə qarşılaşıb.
 
Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Makedoniya futbolçuları 4:2 (ümumi hesab 6:4) hesabı ilə qalib gəlib. Növbəti oyunda xorvatiyalı həmyaşıdları ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. 
Son oyunda isə Xorvatiya və Makedoniya yığmaları üz-üzə gəlib və oyun birincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaydalara görə, penalti zərbələri ilə qalib gələn komandanın aktivinə 2, məğlubun isə 1 xal əlavə edilir. Yekunda 4 xal toplayan millimiz UEFA İnkişaf turnirinin qalibi olub.   
 


16 iyun
Azərbaycan - Makedoniya - 2:2 (2:4-pen.)
 
18 iyun
Azərbaycan - Xorvatiya - 3:1
 
20 iyun
Xorvatiya - Makedoniya - 6:0


Digər xəbərlər

Xəbər xətti