"Neftçi"dən başqa digər 3 klubumuz avrokuboklara evdə başlayacaq

17:33 20 İyun 2016

Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Kəpəz”in rəqibləri artıq bəllidir. Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” Lüksemburq “Düdelanj”ı ilə qarşılaşacaq. Ağdam klubu bu rəqiblə iyunun 12-də və ya 13-də Bakıda qarşılaşacaq. Cavab görüşü isə səfərdə keçiriləcək.

Avroliqadakı təmsilçilərimizə gəlincə, püşkün nəticəsinə əsasən “Kəpəz”, “Qəbələ” və “Neftçi” də ilk oyunu evdə keçirməli idi. Lakin Bakı və Qəbələ təmsilçisin görüşlərinin “Bakcell Arena”da kəsişməsi səbəbindən UEFA sonradan bir oyunun yerini dəyişib. Belə ki, “Neftçi” Malta “Baltsan”ı ilə ilk oyunu səfərdə, cavab matçını isə evdə keçirəcək. “Qəbələ” və “Kəpəz” isə müvafiq olaraq Gürcüstan “Samtrediya”sı və Moldova “Daçiya”sını öncə Bakıda qəbul edəcək, cavab görüşünü isə səfərdə keçirəcək.

Qeyd edək ki, Avroliqada ilk oyunlar iyunun 30-da keçiriləcək.(azerisport.az)


Digər xəbərlər

Xəbər xətti