"Formula 1"in qalibi: "Bakıya məhz buna görə gəlmişəm

21:27 20 İyun 2016

Almaniyalı avtoyürüşçü Niko Rosberq Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisində inamla qalib gəlib. Yeri gəlmişkən, heç bir pilot onunla ciddi rəqabət apara bilməyib.

 Niko Rosberq qələbə təəssüratlarını bölüşərək deyib: ”İnanılmaz gün, inanılmaz “uik –end”! Mən mehriban qəbula görə Bakıya təşəkkür etmək istəyirəm. Siz mükəmməl tras yaratmışınız. Burada ötüşmək çox maraqlıdır. Əlbəttə, mənim üçün hər şey yağ kimi keçdi, təsnifat yarışlarından və yürüşdən razı qaldım – hər şey mükəmməl idi!

İndi qələbənin ləzzətini yaşayıram – Bakıya məhz bunun üçün gəlmişəm. Qalib gəlmək istəyirdim, buna da müvəffəq oldum. İndi zəfərimi bayram edirəm!”.

Xatırladaq ki, “Mersedes” komandasının heyətində “Formula-1” avtoyürüş seriyasının pilotu Niko Rosber 2014 və 2015-ci illər dünya çempionatlarının gümüş mükafatçısı, 2014 –cü il Poul-pozişn Kubokunun sahibidir. Niko “Formula-1” yürüşlərində 1982-ci ilin dünya çempionu Keke Rosberqin oğludur. Finlandiya və Almaniyanın ikili vətəndaşıdır.


Digər xəbərlər

Xəbər xətti