"Beşiktaş" ispaniyalı qapıçı ilə razılığa gəldi

12:13 21 İyun 2016

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Beşiktaş" transfer çalışmalarına davam edir. 


İstanbul təmsilçisi "Deportivo"nun qapıçısı Fabrisio Aqostonu transfer etməyə çox yaxındır. Artıq 28 yaşlı qolkiperlə razılıq əldə olunub və yaxın günlərdə onunla 3 illik müqavilə imzalanacağı gözlənilir. 


Qeyd edək ki, 2013-cü ildən "Deportivo"da çıxış edən ispaniyalı qapıçı La Liqa təmsilçisinin heyətində 37 oyun keçirib.


Xəbər xətti