Gimnastlarımız Koreyada keçirilən Dünya çempionatında iştirak edib

14:51 21 İyun 2016

13-19 iyun tarixlərində, cənubi Koreyanın İnçeon şəhərində aerobika gimnastikası üzrə Dünya Çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başlayan bu gimnastika növünün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışlara qatılıblar.   


Dünya Çempionatında kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, Dünya Yaş Qrupları Yarışlarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticəni göstərib.


Digər xəbərlər

Xəbər xətti