Argentina millisində ciddi itki: hücumçunun dirsəyi qırıldı - VİDEO

15:52 22 İyun 2016

Bu gün Amerika kubokunun yarımfinalına ABŞ-a 0:4 hesabı ilə qalib gələn Argentina millisi ciddi itki ilə üzləşib.


Sportarena.az xəbər verir ki, matçın 3-cü dəqiqəsində hesabı açan Argentina millisinin hücumçusu Ezekiel Lavezzi ciddi zədələnib.


Belə ki,futbolçu matçın 63-cü dəqiqəsində topu havada ram etmək istəyərkən reklam çarxına ilişib və yerə yıxılıb. Bir müddət yerdə qalan futbolçu həkilərin və futbolçuların köməyi nəticəsində ayağa qalxa bilib. Bundan sonra, oyunu davam etdirə bilməyən futbolçu əvəzlənərək meydanı tərk edib. Onun yerinə "Tottenhem"in futbolçusu Erik Lamela girib.


Argentina mətbuatının yaydığı xəbərə görə, futbolçu Amerika kubokunun finalında da forma geyinə bilməyəcək. Buna səbəb isə futbolçunun əməliyyat olunacağıdır. Məlumata görə, Lavezzinin sol dirsəyində radial qırıq baş verib.


Digər xəbərlər

Xəbər xətti