"Qalatasaray"dan ilk rəsmi transfer

16:30 22 İyun 2016

Türkiyənin "Qalatasaray" klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.


Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Bursaspor"da çıxış edən Serdar Azizlə anlaşıb.

Bunu futbolçunun meneceri Haluk Canatar açıqlayıb. Ancaq 25 yaşlı oyunçunun meneceri müqavilənin detalları barədə məlumat verməyib. 


Xatırladaq ki, Türkiyə millisinin üzvü ilə "Fənərbaxça" və "Beşiktaş" klubları ciddi maraqlanırdı.


Xəbər xətti