"Yuventus"un futbolçusu "Real"da

16:55 22 İyun 2016

"Real" Madrid "Yuventus"un futbolçusu Alvaro Moratanı transfer edib.
 


Sportarena.az xəbər verir ki, "kral klubu" 2014-cü ildə 20 milyon avro qarşılığında İtaliya klubuna satdığı forvardı yenidən heyətinə qatytarıb. Madrid təmsilçisi futbolçunun müqaviləsində olan 30 milyon avroya geri qaytarmaq hüququndan istifadə edib. Bu barədə "Yuventus"un idman direktoru Cüzeppe Moratto məlumat verib.
 

"Real"dan verilən açıqlamada İspaniya millisinin üzvünün yeni mövsüm öncəsi komandanın düşərgəsinə qoşulacağı bildirilib.


Xəbər xətti