Amerika kubokunda bütün finalçılar müəyyənləşdi

10:53 23 İyun 2016

Amerika kubokunda  ikinci finalçı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ikinci finalçının adına Kolumbiya-Çili matçında aydınlıq gəlib.


Belə ki, Çili yığması Kolumbiya üzərində 2:0 hesablı qələbə qazanaraq adını finala yazdırıb.


Xatırladaq ki, Çili finalda Argentina ilə qarşılaşacaq. Matçı iyun ayının 27-si, Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.


Üçüncü yer uğrunda oyun isə iyunun 26-da ABŞ və Kolumbiya milliləri arasında keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti