Yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü oldu

11:30 23 İyun 2016

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

 

Sportarena.az xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 

 

Qızıl medalları komandamıza Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) qazandırıb. Azər Nəsibli (50 kq) gümüş, Sənan Süleymanov (66 kq) isə bürünc medala yiyələnib. 

 

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 48 xalla üçüncü pillədə tamamlayıb. 62 xal toplayan Gürcüstan birinci, 50 xal toplayan Rusiya isə ikinci pillədə qərarlaşıb.

 

Xatırladaq ki, ötən ilki analoji yarışda da yunan-Roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdı. 


Digər xəbərlər

Xəbər xətti