İlk qolunu Azərbaycana vuran İbrahimoviç milli ilə vidalaşdı

12:55 23 İyun 2016

İsveç millisinin ulduz futbolçusu Zlatan İbrahimoviç yığmadakı karyerasını başa vurub. 


Sportarena.az xəbər verir ki, təcrübəli forvard "Avro-2016"nın E qrupu çərçivəsində keçirilən Belçika ilə oyundan sonra azarkeşlərlə vidalaşıb. Onun üçün sözügedən turnir uğursuz olub. "Avro-2016"da üç matçda forma geyinən İbrahimoviç turniri qol vurmadan tərk edib.


Qeyd edək ki, 34 yaşlı forvard 116 dəfə İsveç millisinin formasını geyinib. Bu müddət ərzində o, yığmada 62 qol vurub və bu göstəriciyə görə millinin bombardiridir. İbrahimoviç milli forması ilə ilk qolunu 2001-ci ildə Azərbaycan yığmasına vurub. 


Digər xəbərlər

Xəbər xətti