Ronaldodan bir oyuna iki rekord

13:10 23 İyun 2016

"Avro-2016"nın F qrupu çərçivəsində keçirilən Portuqaliya - Macarıstan matçı 3:3 hesabı ilə başa çatıb. 


Sportarena.az xəbər verir ki, 6 qolun qeydə alındığı qarşılaşma birincilərin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Belə ki, qarşılaşmada dubl edən Ronaldo, ardıcıl 4 Avropa çempionatında qol vuran ilk oyunçu olub. Bundan başqa portuqaliyalı daha bir rekordu yeniləyib. Millinin kapitanı 17 dəfə qitə birinciliyində forma geyinməklə hollandiyalı qapıçı Edvin van Der Sar və Fransa millisinin sabiq üzvü Lilian Türamı geridə qoyub.


Xəbər xətti